Ermənilər atəşkəsi pozdu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi  atəşə tutublar.  Ağdam rayonunun Kəngərli, Şıxlar, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00