Xalq Cümhuriyyətinin 95 illiyi Türkiyədə də keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi Türkiyədə də qeyd ediləcək.  İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun "OLAYLAR"-a verdiyi məlumata görə, bu məqsədlə mayın 25-də dərnəyin mərkəzi ofisində bayram mərasimi keçiriləcək. Bildirib ki, bayram tədbirində iştirak etmək üçün Türkiyə rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, qardaş ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və qeyri-hökumət təşkilatları rəhbərlərinə dəvət göndərib. Gecənin sonunda Respublika Gününə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00