Dünya liderlərindən Azərbaycan xalqına təbrik
23 May 2013 19:36 Siyasət28 may-Respublika Günü münasibəti ilə prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Lent.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Avstriya Respublikasının Federal prezidenti Haynts Fişer, Böyük Britaniyanın və Şimali İrlandiyanın kraliçası II Yelizaveta təbrik məktublarında dövlət başçısı İlham Əliyevi və Azərbaycan xalqını təbrik ediblər. Təbrik məktublarında həmçinin xalqımıza xoşbəxtlik və firavanlıq arzulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00