Sülhməramlılarımız Əfqanıstandan çıxarılacaq
23 May 2013 16:30 Siyasət"Azərbaycanın sülhməramlıları gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılacaq". Bunu deyən Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun sözlərinə görə, NATO PA-nın yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı tağımı ilə bağlı məsələ qaldırılıb: "Orada məsələ qaldırıldı ki, 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə, NATO-ya və ona tərəfdaş olan ölkələrə məxsus qüvvələr oradan çıxarılsın, Əfqanıstanda təhlükəsizlik məsələləri ilə yerli silahlı qüvvələr məşğul olsun. Düzdür, orada suallar yarandı ki, biz oradan çıxandan sonra təhlükəsizlik ilə bağlı problemlər yenə ola bilər. Amma istənilən halda qərar o oldu ki, gələn ilin əvvəlində NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik tağımımız Əfqanıstandan çıxarılacaq."