Ermənilər Qarabağda hərbi məktəb tikirlər: müdavimlərə Azərbaycan dili öyrədirlər
23 May 2013 16:27 SiyasətErmənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi lisey tikirlər.
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, lisey Xankəndi yaxınlığında, Ağdərə rayonu ərazisində inşa olunur. Hərbi lisey tikintisi ideyası Rusiyada yaşayan erməni iş adamı Levon Ayrapetyana məxsusdur.
Həmin hərbi məktəbdə müdavimlərə İngilis və Rus dilləri ilə yanaşı, Azərbaycan dilində də mükəmməl danışıq və yazı vərdişləri öyrədiləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00