Kimdir günahkar?

Vitse-spiker: “Bu məsələdə kim günahkardır, tezliklə üzə çıxacaq”

"Eurovision təxribatı"nın araşdırılması ilə bağlı artıq cənab Prezident tərəfindən müvafiq göstəriş verilib. Bu məsələdə kim günahkardır, tezliklə üzə çıxacaq". Bunu deyən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, bu, olduqca qəribə və gözlənilməz bir məsələdir: "Ola bilməz ki, Azərbaycandan rusiyada səs verilməsin. Mən dəqiq bilirəm ki, bu səslər olub, ancaq həmin səslər harada itib, necə olub, araşdırılacaq. Bu təxribat beynəlxalq səviyyədə, yoxsa regional səviyyədə olub, onu da indidən deyə bilmərəm. Artıq mütəxəssislər bu məsələ üzərində işləyirlər. Kim günahkardırsa, tezliklə üzə çıxacaq. Bir onu deyə bilərəm ki, bu məsələdə Azərbaycanın günahı yoxdur və ola da bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00