Azərbaycanın ərazi bütövlüyü əsas prinsipdir

Vitse-spiker: “Bu, təmin olunacağı halda başqa prinsiplərdən danışmaq olar”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim üçün yeganə şah prinsip Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasıdır". Bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib. Vitse-spiker əlavə edib ki,  Ermənistan xarici işlər nazirinin münaqişənin həlli ilə bağlı 6 prinsipə razılıq verdiklərinə dair açıqlaması başa düşülən deyil:  "Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunacağı halda qalan prinsiplərdən danışmaq olar. Erməni nazirin söylədiyi prinsiplərin maddələrindən xəbərim yoxdur. Amma birinci prinsip təmin olunduqdan sonra qalan prinsiplər bundan doğmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00