Qırğızstandakı Azərbaycan icmaları Prezident İlham Əliyevi dəstəkləyir
23 May 2013 16:19 SiyasətBu gün Bişkekdə fəaliyyət göstərən Azərbaycan icmalarının Rəhbərlərinin toplantısı keçirilmişdir. Toplantıda, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyinin prezidenti Çingiz Ələsgərov, Kara Baltadakı "Sodrujestvo" Cəmiyyətinin prezidenti Mirzəli Rzayev, "Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi" İctimai Birliyinin prezidenti Cəbi Rəsulov və İssıkkuldakı "Xəzər" İctimai Birliyinin prezidenti Ziyəddin Hüseynov iştirak etmişlər.
Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3-ci sroka öz namizədliyini irəli sürməsinin vaciçliyi müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xaricdəki diaspor təşkilatlarının təşkilatlanmasında mühüm rolunun olduğunu vurğulamışlar. Prezident Təkcə Qırğızstanda yox, bütün dünyada soydaşlarımız arasında birliyin formalaşması və möhkəmləndirilməsi üçün heç vaxt öz səylərini əsirgəməyəyib. Özünü demokratiyanın beşiyi adlandıran ABŞ böyük depressiya dövründə xalqın seçimini nəzərə alaraq eyni adamı 3 dəfə president seçmişlər. Bu heç də demokratiyaya zidd deyil, əksinə, xalqın seçimi demokratiyanın ən böyük meyarıdır. "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada daha da tanınır, qüdrətli dövlətə çevrilir, ölkədə əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bu gün yüzlərlə Azərbaycanlı dövlətin səyi nəticəsində xarici ölkələrdə, o cümlədən Qırğızstanda təhsil alır və hazırda dövlət qurumlarında çalışan azərbaycanlıların sayı getdikcə artır. Bu gün azərbaycanlıların məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Ona görə də Qırğızstanda fəaliyyət göstərən Azərbaycan icmaları: Türkdilli dövlətlərin siyasətinə dəstək fondu, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, Kara Baltadakı "Sodrujestvo" Cəmiyyəti, "Qırğızıstan Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi və İssıkkuldakı "Xəzər" İctimai Birliyi Qırğızsanda yaşayan azərbaycanlıların adından bildirir ki, cənab İlham Əliyevin növbəti prezident seçkilərində birmənalı olaraq qalib gələcəyinə əmindirlər, və o öz nazizədliyini birmənalı şəkildə irəli sürməlidir". Sonda toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Qırğızstandakı azərbaycan icmaları adından onu prezident seçkilərində dəstəklədiklərini əks etdirən müraciət qəbul etdilər.
Hörmətlə, Nüsrət Məmmədov