İranda prezident seçkiləri: kimi şanslıdır? - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Vilayəti ilə Səid Cəlili daha güclü namizədlərdir”

İranda iyunun 14-nə təyin olunan prezident seçkilərində keçmiş prezident, islahatçıları dəstəkləyən Əli Əkbar Haşimi  Rəfsəncani və prezident Mahmud Əhmədinejadın müttəfiqi İsfəndiyar Rahim Məşayi iştirak edə bilməyəcəklər. Konstitusiya Mühafizləri Şurası onların namizədliyini qeydə almayıb. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə İranda cərəyan edən siyasi proseslər hakim zümrənin sərt nəzarəti altındadır. Politoloq hesab edir ki, mövcud rejim İranın xarici və daxili siyasətinin dəyişməzliyinə çalışır, hakim zümrənin düşüncə tərzinə görə bu dövlətin təhlükəsizliyinin rəhnidir: "Ona görə, də rejim prezident seçkilərində iştirak edib, qələbə qazanacaq insanların onların tələblərinə cavab verməsinə çalışırlar. 8 nəfər qeydiyyatdan keçmiş namizədlərin arasında rejimin tələblərinə qarşı çıxacaq adam yoxdur. Həmin namizədlər arasında iki adamın şansı digərilərindən daha çoxdur. Biri Əli Əkbər Vilayəti, biri də Səid Cəlilidir. Düzdür digər namizədlər konstutision hüquqlardan istifadə edib iştirak edəcəklər, amma ciddi şansları yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31