AMİP Məşvərət Məclisindən çıxacaq?

"Azərbaycan Milli İstiqlal Partiyası ilə Milli Şura arasındakı təmaslar hələlik qeyri-rəsmi xarakter daşıyır". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu təmsil etdiyi partiyanın Milli Şuraya qoşulma mümkünlüyünə münasibət bildirərkən səsləndirib. Bildirib ki, hələlik qarşı tərəfdən partiyaya bunula bağlı rəsmi müraciət daxil olmadığından indidən konkret fikir söyləmək bir qədər çətindir: "Amma AMİP hər zaman müxalifətin birliyi və inteqrasiyası istiqamətində göstərilən bütün pozitiv təşəbbüsləri dəstəkləyib. Partiyamızın əsas fəaliyyət istiqamətlərindən biri də məhz müxalifətin vahid güc halında formalaşmasına nail olmaqdır. Yəqin ki, belə məsələlər partiyadaxili müzakirələrdən sonra yekun qərar səlahiyyətli kollegial qurumlar tərəfindən veriləcək. Lakin bu heç də o demək deyil AMİP Demokratik Qüvvələrin Məşvərət Məclisindən çıxacaq. Müxalifətdaxili yeni konfiqurasiyaların, yeni variantların bir məqsədi var o da ölkədə demokratik və hüquqi cəmiyyətin qurulmasına nail olmaq, mövcud siyasi sisemi daha müasir, daha sivil sistemlə əvəzləməkdir. DQMM-in də hədəflərində bunlar durduğunda prinsipial fərqlər yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00