Nazirlər Qarabağı müzakirə edəcək
Bu gün Moskvada Lavrov-Məmmədyarov görüşü baş tutacaq
21 May 2013 10:59 SiyasətDağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları bu gün Rusiyanın paytaxtı Moskvada müzakirə mövzusu olacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Moskvadadır. Onun səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə etmək nəzərdə tutulur. İki günlük səfər çərçivəsində xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinin müzakirə edilməsi və birgə sənədlərin imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00