Azərbaycan XİN Şimali Koreyadan silah alınması ilə bağlı xəbərləri təkzib edib
Elman Abdullayev: "Belə bir informasiyanın BMT-nin hesabatına necə düşməsi araşdırılacaq"
20 May 2013 17:38 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi ölkənin Şimali Koreyadan silah alması ilə bağlı xəbərləri təkzib edib. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu xəbərlər həqiqətə uyğun deyil və belə bir informasiyanın BMT-nin hesabatına necə düşməsi araşdırılacaq. Qeyd edək ki, mayın 19-da beynəlxalq mətbuatda Şimali Koreya şirkətlərinin Azərbaycana 70-ə yaxın portativ zenit-raket kompleksləri satmağa cəhd göstərdiklərinə dair xəbərlər yayılıb. Bu informasiya BMT ekspertlərinin hesabatına salınıb və BMT Təhlükəsizlik Şurasının komitəsində müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00