Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar

Mayın 20-dən 22-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası daimi komissiyalarının iclasları və VI Neva Beynəlxalq Ekoloji Konqresi keçiriləcək. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə,  iclaslarda Milli Məclisin MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Elton Məmmədov, Mirkazım Kazımov və Fəzail Ağamalı iştirak edəcəklər.

Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, həmçinin Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyalarında "Ekoloji təmiz aqrar istehsal", "Ekoloji sığorta", "Regional siyasətin əsasları haqqında" və digər model qanun layihələri  barədə fikir mübadiləsi aparılacaq. "Ekoloji mədəniyyət ekoloji problemlərin həllinin əsası kimi" mövzusuna həsr ediləcək  VI Neva Beynəlxalq Ekoloji Konqresində isə keçiriləcək dəyirmi masalarda ekoloji problemlərin qarşısının alınması və həlli məsələləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00