Azərbaycana əxlaqsız ədəbiyyat gətirənlər Milli Şura yarada bilməz
20 May 2013 17:08 Siyasət"Xalqdan mandat almayan bir єəxsin Milli Şurada iştirakı qeyri-mümkündür". Belə bir açıqlama ilə çıxış edən Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini Aydın Mədətoğlu "OLAYLAR"a deyib ki, hər yerindən duran, xalqdan heç bir mandatı olmayan kəs burada təmsil oluna bilməz: "Bu kimlərinsə istəyinə görə olmur. Xalqdan səs almayan adamın millət adından danışmağa haqqı yoxdur. Bu dünyada qəbul olunmuş prinsipdir". KXCP rəsmisi qeyd edib ki, Milli Şuranı müxalifət düşərgəsini parçalayanlar, Azərbaycana əxlaqsız ədəbiyyat gətirənlər, sifarişlər əsasında vətəndaşlar arasında çaşqınlıq yaradanlar yox, həqiqətən də milli düşərgədən olan, xalqdan səs almış milli mənafeyə xidmət edən єəxslər yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00