Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsi üzərinə gül qoyulması mərasimi keçirilib
20 May 2013 15:39 SiyasətHəştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi üzərinə gül qoyulması mərasimi keçirilib.Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, deputatlar, Azərbaycan diasporunun nümayəndələri, Həştərxan ictimaiyyəti iştirak ediblər.Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00