Həmsədrlər ayın sonunda regiona səfər edəcəklər

Bu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda qeyd edilib

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regiona səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir."Həmsədrlər nazirlərlə görüşdə tərəfləri sülh prosesinə zərbə vuracaq və gərginliyi artıra biləcək addımlardan və çağırışlardan qaçmağa çağırıblar. Vasitəçilər nazirlərlə sülh üçün münbit şərait yaradacaq etimad mühitinin formalaşdırılması üçün görülə biləcək bir sıra tədbirləri müzakirə ediblər". Bəyanatda qeyd olunur ki, həmsədrlər bu məsələləri Azərbaycan və Ermənistan prezidentləri ilə müzakirə etmək üçün mayın sonunda regiona səfər edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00