VİP Milli Şuranın perspektivinə inanmır
17 May 2013 17:19 Siyasət"Milli Şurada kiminsə diqtəsi ilə yalnız iki partiya və Eldar Namazov arasinda danışıqlar gedir. Ona görə də biz Vətəndaş və İnkişaf Partiyası olaraq kiminsə diqtəsi ilə yaradılan qurumlarda təmsil olunmaq istəmirik". Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov "OLAYLAR"-a deyib ki, təmsil etdiyi partiya bu cür birliklərin perspektivinə də inanmır: "Bizim partiya olaraq mövqeyimiz birmənalı olaraq ondan ibarətdir ki, bütün müxalifət partiyaları bərabər şərtlər daxilində birləşib vahid güc şəklində mübarizə aparmalıdır". Ramil Hüseynov bildirib ki, Milli Şura adlanan qurum Azərbaycan üçün uğurlu heç nə vəd etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00