Atatürk Bakıda yad ediləcək
17 May 2013 17:18 Siyasət19 may-Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Samsuna çıxışının ildönümü Azərbaycanda da qeyd ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a Dünya Azərbaycanlıları Konqresindən daxil olub. Bildirilib ki, həmin tarixdə Dünya Azərbaycanlıları Konqresinin rəhbər heyəti Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürkün Bakıdakı abidəsini ziyarət edəcək. Həmçinin konqres tərəfindən Atatürkün həyatı, onun dövlətçilik təcrübəsinə həsr olunmuş toplantının keçirilməsi də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00