Sabir Rüstəmxanlı: "Mən namizəd olmayacam"

VHP sədri hələ seçkiyə çox vaxt olduğunu və namizədlə bağlı danışıqıarın getdiyini deyib

Millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri bu il Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bunu Sabir Rüstəmxanlının özü açıqlayıb. Onun sözlərinə görə, VHP seçkidə iştirak etmək niyyətində olsa da, hələlik kimin namizədliyinin irəli sürüləcəyi dəqiqiləşməyib.  "Namizəd mən olmayacam. Hələ o vaxta çox var. Partiyadan bir nəfərin namizədliyi irəli sürüləcək. Hələlik bu barədə danışıqlar gedir", - deyə S.Rüstəmxanlı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00