YAP Gənclər Birliyindən yeni layihə
16 May 2013 17:50 SiyasətYeni Azərbaycan Partiyası Gənclər Birliyi bir müddət əvvəl başladığı yeni bir layihə "Mən Şuşayam" adlı layihəni davam etdirir. Bu barədə "OLAYLAR"-a məlumat verən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, sözügedən layihə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmasını nəzərdə tutur: "Artıq bununla bağlı video çarxın hazırlanıb. Həmin video çarxın ikinci hissəsi sosial şəbəkələrdə paylaşılır". Seymur Orucov deyib ki, region gənclərinin ictimai-siyasi aktivliyinin artırılması istiqamətində də YAP Gənclər Birliyi bir sıra tədbirlər keçirməyi planlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00