VİP sədri İsa Qəmbər və Əli Kərimlini geridə qoydu

Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyev xəbər portallarının keçirdiyi rəy sorğusunda müxalifətdəki rəqiblərini kifayət qədər geridə qoyub. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, sorğunun nəticələrinə əsasən VİP sədri  Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini də üstələyib. Belə ki, Avropa.info xəbər portalının "2013-cü il oktyabrın 16-da Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi kim olacaq?" sorğusunu cavablandıran iştirakçıların 33,88 faizi VİP sədrinin adını qeyd edib. Əli Əliyevdən sonrakı yerləri isə 33,09 faiz səslə AXCP sədri Əli Kərimli tutub. 13,94 faiz səslə isə Müsavat başqanı İsa Qəmbər üçüncü yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00