Avropa Parlamentində Heydər Əliyevin xatirəsi anılacaq
16 May 2013 16:40 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədir. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputatımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcək. Səfər çərçivəsində keçiriləcək "Avropa Parlamentində Azərbaycan Günü" adlı tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılacaq, eyni zamanda ölkəmizin adət və ənənələrini əks etdirən nümunələr təqdim olunacaq, musiqi nömrələri səsləndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00