Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaqlar

Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildir.  Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya ilə tərəfdaşlığı, məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avro-atlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı,  Əfqanıstanın gələcəyi, Raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.  NATO Parlament Assambleyasının yaz sessiyası mayın 20-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00