Küveyt parlamentində Azərbaycan dostluq qrupunun rəhbəri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 May 2013 15:40 SiyasətAzərTAc xəbər verir ki, Küveyt Dövlət Millət Məclisində Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədə ölkəmizə səfəri çərçivəsində mayın 16-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər çiçəklər qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə tər çiçəklər düzüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00