Qənirə Paşayeva Türkiyədə Qarabağdan danışdı
16 May 2013 13:57 SiyasətTürkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Ordu Universitetində Qarabağ münaqişəsi barədə çıxış edib. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyənin ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirak etdiyi tədbirdə " Bir millət iki dövlət: gələcək prespektivlər" adlı konfransda çıxış edən millət vəkili Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyətverici olduğunu bildirib. Azərbaycanla ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın bütün Türk dünyasının birliyi üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib. Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan da danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: "Bu yalanların qarşısının alınmasının tək bir yolu Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır".