Bir qrup şəxs təltif edildi - SƏRƏNCAM
15 May 2013 19:42 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:
Hacıyev Arif Səlim oğlu
Həbibov Vilayət Məhəbbət oğlu
İsayev Rauk Məmməd oğlu
Qasımov Sabir İsgəndər oğlu
Sultanov Akif Qara oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Qaziyev Yusif Cəbrayıl oğlu və Paşayev Elbrus Paşa oğluna "Əməkdar Mühəndis" fəxri adı verilib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00