Azərbaycan cəmiyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir

"Bütün proseslərin təhlili onu göstərir ki, Azərbaycan cəmiyyəti prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və səsvermə gününə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. Hakim partiya rəsmisi deyib ki, bu, cəmiyyətimizin seçkiqabağı ovqatının aydın ifadəsidir: "Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin İlham Əliyevin namizədliyini dəstəkləməsi Yeni Azərbaycan Partiyasının uğurunu təmin edən həlledici amil kimi bizim tərəfimizdən nəzərdən keçirilir. Bu, bizim işimizi əhəmiyyətli dərəcədə asanlaşdırır". Əli Əhməov onu da bildirib ki,  YAP  heç zaman arxayınçılığa yol verməyib: "Yeni Azərbaycan Partiyasının bundan əvvəlki seçki kampaniyalarında uğurunu təmin edən amillərdən biri də ondan ibarət olubdur ki, seçki kampaniyasına həmişə ciddi şəkildə yanaşmışıq və bütün resurslarımızı seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər etmişik. Qarşıdan gələn prezident seçkilərində də biz həmin ənənəmizə uyğun olaraq, seçki kampaniyasını uğurla başa vurmaq üçün üzərimizə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcəyimizə şübhə yoxdur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00