Rusiya Cənubi Qafqazdan geri çəkilir - AÇIQLAMA

Ərəstun Oruclu: “Bölgəni yenidən öz təsir dairəsinə daxil etmək siyasəti Moskvaya baha başa gəlib”

Rusiya Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair razılaşmanı ləğv etdi. Məsələyə dair sərəncam mayın 5-də Rusiyanın Baş naziri Dmitri Medvedyev tərəfindən imzalanıb.

Qadir İbrahimli: "Azərbaycan iqtisadiyyatında və iqtisadi mühitində Bakı-Novorossiysk kəmərinin böyük rolu yoxdur, çünki Bakı nefti əsasən BTC vasitəsilə ixrac olunur"

Məsələyə münasibət bildirən Qadir İbrahimli hesab edir ki, Rusiyanın Bakı-Novorossiysk neft kəmərini ləğv edən sərəncamın iqtisadi əsasları yoxdur. Kremlin qərarının daha çox siyasi xarakterə sahib olduğunu deyən Q.İbrahimlinin sözlərinə görə, sərəncam rəsmi Bakıya növbəti təzyiq formalarından biridir: "Azərbaycan iqtisadiyyatında və iqtisadi mühitində Bakı-Novorossiysk kəmərinin böyük rolu yoxdur. Çünki, Azərbaycan nefti əsasən Bakı-Ceyhan kəməri vasitəsilə ixrac olunur. Bütün bu amillər onu göstərir ki, Medvedyevin ləğv sərəncamında iqtisadi amillər yer almır". Kremlin regionda Azərbaycanı dünyadan təcrid siyasətini həyata keçirdiyini deyən politoloq Ərəstun Oruclu bildirdi ki, Medvedyevin ləğv sərəncamının həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətləri var: "Digər tərəfdəb bu amil faktiki olaraq Rusiyanın Cənubi Qafqazdan geri çəkilməsidir. Çünki, Rusiya bu gün özünün daxili problemlərini həll etmək siyasəti yürüdür. Cənubi Qafqaz və digər post-sovet ölkələrini yenidən öz təsir dairəsinə daxil etmək siyasəti Rusiyaya həddindən artıq baha başa gəlib. Sərəncamın iki tərəfi var, Rusiya Azərbaycanı region ölkələri vasitəsilə blokadaya alır, ya da ki, ağır siyasi manevrlə RF-nın Cənubi Qafqazdan geri çəkilməsinə sövq edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00