Oqtay Əsədov İranın parlament sədrinə müraciət edəcək

Milli Məclisin sədri Oqtay Əsədov  İranda həbs edilən AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı İran parlamentinin sədri Əli Laricaniyə müraciət edəcək. Bu barədə məlumat verən spiker Oktay Əsədovun sözlərinə görə, İranla Azərbaycan arasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər: "Mən də öz növbəmdə İran parlamentinin spikerinə müraciət edəcəyəm". Xatırladaq ki, millət vəkili Fazil Mustafa parlamentin iclasında İranda azərbaycanlı alim Xalidə Xalidin həbsi ilə bağlı məsələni qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00