Oqtay Əsədov: “Bunu edənlərə ar olsun!”

Millət vəkili İqbal Ağazadə Milli Məclisin iclasında  üç müxalifətçi gəncin müvəqqətisaxlama təcridxanasında çəkilən fotoşəkillərinin sosial şəbəkələrdə yayılması məsələsinə toxunub.  Bildirib ki, həbs olunan gənclər içəridə müəyyən işlərə cəlb ediliblər. Onlar işləyərkən gizli şəkildə fotoları çəkilib və yayılıb. Bunu hüquq mühafizə orqanları edib. Nə müxalifət edib, nə də jurnalistlər". Spiker Oqtay Əsədov deyib ki, əminliklə bunu hüquq-mühafizə orqanlarının etdiyini söyləmək düzgün deyil: "Bunu kim edibsə, ona ar olsun! Əldə fakt olmadan kimisə ittiham etmək düzgün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00