Millət vəkili Elçibəylə bağlı məsələ qaldırdı

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev parlamentin iclasında mərhum prezident Əbülfəz Elçibəylə bağlı məsələ qaldırıb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, millət vəkili Milli Məclisdə çıxışı zamanı keçmiş prezident, Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsinin vacib olduğunu bildirib. Fərəc Quliyev eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərməsinin də zəruriliyini vurğulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00