YAP qurultaya hazırlaşır

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının konfransları keçirilir. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, qəbul edilmiş təlimata müvafiq olaraq, konfranslarda rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər müzakirə ediləcək və Yeni Azərbaycan Partiyasının  V Qurultayına nümayəndələr seçiləcək. Bildirilib ki, YAP İcra katibliyi tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq artıq partiyanın Şabran, İsmayıllı, Ağsu, Balakən, Tovuz, Gədəbəy və Lənkəran rayon təşkilatlarının konfransları keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00