İlham Əliyevin Vyana səfəri Türkiyə mətbuatında
14 May 2013 13:15 SiyasətAzərbaycan prezidenti İlham Əliyevin Avstriya səfərinə Türkiyə mətbuatı da geniş yer ayırıb. "OLAYLAR"-ın məlumatına görə, Türkiyənin haber7.com saytında Azərbaycan prezidentinin Avstraiya səfərindən geniş bəhs olunub. Məlumatda qeyd olunur ki, Vyanada avstriyalı həmkarı Henz Fişerlə keçirdiyi mətbuat konfransında İlham Əliyev Ermənistanın BMT Təhlükəsizlik Şurasının qərarına baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyini vurğulayıb. İlham Əliyev Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün Avstriyanın da dəstək olmasını vacib sayıb. Saytın məlumatına görə, Azərbaycan prezidenti mətbuat konfransında Reyhanlıda baş vermiş terror aktına da toxunub və bunu qəti şəkildə pisləyərək terraktı barbarlıq olaraq dəyərləndirib.