İlham Əliyev Avstriya prezidenti ilə görüşdü
13 May 2013 19:05 SiyasətAzərbaycan prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişerin təkbətək görüşü olub."Qafqazinfo"nun məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirilib.Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00