Keçinin və Oqtay Hacımusalının qaşınma problemi...
13 May 2013 18:55 Siyasət"İtirilmiş nəsil" anlayışına ədəbiyyatda tez-tez rast gəlinir. Bəzən bu anlayışı təmsil olunduğum ədəbi nəslə də aid edirlər. Heç vaxt qəbul etmədiyim bir yanaşmadır. Məncə milli-mənəvi dəyərlərinə bağlı olan, öz soy-kökünü tanıyan və bunun üzərində ayaqda qalmağa çalışan nəsil var, bir də ki postmodernizm adı altında irsiyyətlə keçən bic genlərini cəmiyyətə yenilikçi adı altında sırımaq istəyən naməlum bir zümrə.
Şair-publisist Oqtay Hacımusalı bu iki zümrə arasında var-gəl edən, öz kimlik axtarışında milliliklə postmodernizm arasında vurnuxub qalan nadir nüsxədir ki, fəsil dəyişmələrinə uyğun olaraq düşüncə tərzini də "yeniləməyə" müvəffəq olur. Bu psixoloji və cinsi deqradasiyanın törətdiyi bir fəsaddır əslində.
Oqtay Hacımusalı milli dəyərlər üzərində kök salmış insanların yanında ölkəmizdə homoseksual evliliyin rəsmiləşdirilməsi üçün fədakarlıq göstərə biləcəyini gizlətdiyi halda, posmodernist və Avropanın bəzi əxlaq problemi olan marginal qruplarının həyat tərzinə uyğunlaşmağı da əsla gözardına vurmur. Yəni Oqtay Hacımusalı posmodernist tərbiyəsini milli tərbiyə ilə qarşı-qarşıya qoymamağa çalışır, ikisinin arasında orta bir yerdə varlığını sürdürməyə "qayrət" göstərir.
Oqtay Hacımusalını ilin hər fəslində ayrı bir qiyafədə görmək mümkündür. Tərcüməsini etdiyi türk şairlərinin əsərlərini iqtibas edərək posmodernist yazıları ilə diqqət çəkə bilmədiyini gördükdə, türkçülük məfkurəsinə sığınmağa çalışır, amma bədxah niyyəti ucbatından gözünü açanda özünü Yalıncak kimi yanan qamışlığın içərisində görür. Psixoloji və sosial sarsıntıları üzündən bəzən "daş oturub kəsəyin gününə ağlayır" misalı böyük girişimlərdə bulunmağa çalışır. Türkçülüyə meyl göstərməsi, öz irsiyyətini türk kimliyində axtarışı onun son bir neçə ildə tutduğu məxəzlərindəndir. Etnik yapısını və genetik yaddaşını türkçülüyə adaptasiya etməkdə təbii olaraq problemlər yaşayan bu "dahi" Türkçülük yolunda böyük addımlarla irəliləmək üçün Türkçülüyə könül verən və öz əməli ilə buna xidmət edən insanları gözdən salmağa başlayıb.
Keçirəm mətləbə!..
Azərbaycanlıların və Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may tarixində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd etdi. ATXƏM Ulu Öndərin anım gününə Fransadan, Belçikadan, Türkiyədən, Ukraynadan da fəal diaspora nümayəndələrini dəvət edərək, tədbirin beynəlxalq səviyyədə təşkil olunmasına nail olmuşdur. Təşkilat öz nizamnaməsinə və fəaliyyət istiqamətinə uyğun olaraq, "Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu" mövzusunda yazı müsabiqəsi elan edərək, Ulu Öndərin siyasi fəaliyyəti dönəmində türk dünyası ilə əlaqələrin səviyyəsinə və sonrakı mərhələdəki inkişaf perspektivlərinə bir daha diqqət çəkmək niyyətində olmuşdur. Təbii ki, ATXƏM-in bu tədbiri "3 may - Türkçülük Günü"ndə keçirməsi də təsadüfü deyildi. Çünki, siyasi fəaliyyəti dönəmində Türk xalqları ilə əməkdaşlığa xüsusi diqqət yetirən Ulu Öndərin belə gözəl bir gündə yad edilməsi onun ruhuna bir hörmət olaraq düşünülmüşdü. Odur ki, ATXƏM bu anlamlı tədbirin Türk dünyasına böyük mütəfəkkir bəxş etmiş Əlibəy Hüseynzadə, sovetlər dönəmində ömrünü türkçülüyə həsr etmiş istiqlal şairi Xəlil Rza Ulutürk kimi böyük şəxsiyyətlərin doğulduğu Salyan rayonunda keçirilməsini həm də bu türk böyüklərinə bir hörmət əlaməti olaraq nəzərə almışdır. Məhz bu hörmətin əlaməti idi ki, may ayının 3-də dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ziyalılar və Avropadan dəvət olunmuş qonaqların iştirakı ilə Ulu Öndərlə yanaşı, Əlibəy Hüseynzadə, Xəlil Rza UluTürk və Salyan rayonundakı Türk şəhidliyi də ziyarət olunub, onların hər birinin abidələri önünə təşkilat adından əklillər qoyulub. Hər halda bildiyim qədər Əlibəy Hüseynzadənin, Xəlil Rza Uluturkün abidələri yalnız ATXƏM-in hər il qoyduğu əklillərlə canlanır. Lakin təəssüflər olsun ki, Oqtay Hacımusalı həmin gün yüzlərlə insanın ziyarət etdiyi Əlibəy Hüseynzadənin abidəsini ziyarət etməyi unudub və "Xalq Cəbhəsi" qəzetində (7 may 2013) yazmış olduğu qərəzli və ittiham dolu yazısında təşkilatın bu böyük mütəfəkkiri yad etmədiyini təşkilatın qüsuru olaraq görmüşdür. Halbuki, yüzlərlə insanın qatıldığı anım toplantısında Əlibəy Hüseynzadənin abidəsi önünə gül çələngi qoyulub və bu dahi mütəfəkkirin türk dünyasına xidmətləri abidə önündə ölkə ziyalıları tərəfindən dilə gətirilib. (www.atxem.az saytına baxmaq icab edər )
Oqtay Hacımusalı Azərbaycandan ilk dəfə Türkiyəyə təhsil almağa göndərilən tələbələrdən biri olub. Eşitdiyimə görə, təhsil aldığı müddətdə marginal qruplarla əlaqələri üzündən və qeyri-etik davranışlarından dolayı Türkiyədə oxumaq arzusuna son verilib. O üzdən içərisində Türkiyəyə qarşı bir nifrət bəsləməkdədir ki, çox vaxt türkçülüyü Türkiyəçilik deyə qarışdırır. Və tədbirdə Azərbaycan bayrağı ilə Türkiyə bayrağını yanaşı görmək onun genetik yaddaşını qıcıqlandırır, özünü Türk dünyasının hamisi olaraq görməyə başlayır və Orta Asiya Türk dövlətlərinin bayrağının nədən tədbirdə olmadığını ittihamla üzümüzə vurmağa çalışır. Pardon, əfəndi! Sizin toplantı sırasında ağlınız harda olub bilmirəm! Bəlkə siz bayraqları ayırd edə bilmirsiniz. Burada bizim günahımız nədir? Bizim hər bir toplantımızda bütün Türk dövlətlərinin bayraqları məclisin ən gözdə yerində yan-yana dalğalanmaqdadır. Fəqət onu görən göz və könül gərəkdir. Səni əsla qınamıram. Sən harda olsan gözün sadəcə bir bayraq axtarır; cinsi özgürlüyünün vətəni saydığın holland bayrağı!
Oqtay Hacımusalı nədənsə düşünür ki, Türkçülüklə məşğul olanlar mütləq ondan mənfəət götürməlidirlər. Odur ki, mənfəətimizi hesablamağı də yaddan çıxarmayıb. Və ittiham dolu sərsəm cızmaqarasında bizim mənfəət güddüyümüzü israrla dilə gətirir. Oqtay Hacımusalı! Səncə hər il Fransada Xocalı soyqırımını tanıtmağa çalışan və Avropanın siyasi paytaxtı olan Strasburqda mitinqlər təşkil edən, Avropa Parlamentində Qarabağ problemi ilə bağlı beynəlxalq konfrans təşkil edən və dünyanın bir çox yerində bu kimi onlarla beynəlxalq layihələr həyata keçirən bir təşkilatın milli maraqlarımızın qorunmasından başqa hansı mənfəəti ola bilər? Türk dünyasının birlik və bərabərliyi uğrunda bütün ciddi müzakirələrdə, toplantılarda biz varıq. Bəs siz hardasınız? Yenə deyirəm, "daş oturub kəsəyin gününə ağlayır". Səninlə sadəcə bir məsələdə razıyam. Deyirsən Türkçülükdə təfəkkür dəyişməlidir. Çox doğru deyirsən. Biz neçə illərdir sizin kimi "çayxana türkçüləri"nin təfəkkürünün nə zaman dəyişəcəyini gözləməkdəyik. Dəyişə bilsəniz təbii.
Sonda bir atalar sözünü xatırlamaqda fayda görürəm; "Keçi qaşınanda, buynuzunu çobanın çomağına sürtər". Sənin diqqətli olmağında fayda var, Oqtay Hacımusalı, səndə qaşınma genetik olduğundan, əsla yuxarı orqanlarından qaşınmırsan...
İlqar İlkin
Azərbaycanlıların və Türkdili Xalqların
Əməkdaşlıq Mərkəzinin icra katibi