Mehriban xanım Əliyevanın bu addımı Humanizm və insanpərvərliyə söykənir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında parlamentə müraciəti və məsələnin müsbət qəbul olunması vətəndaşlarımız tərəfindən böyük humanizm addımı kimi qəbul edilir. Bu addımla bağlı olaraq  "Gələcəyə Baxış" İctimai Hərəkatın həmsədri Əhməd Paşayev bildirmişdir: Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlanması Ulu Öndərimizin adı ilə bağlıdır. Məhz belə dahi şəxsiyyətin ad günündə ölkənin birinci xanımının bu müraciəti xalqımıza qarşı olan  sevgidən irəli gəlir.Qeyd edim ki,  hörmətli Mehriban xanım   cəmiyyətin həyatını dəyişmək keyfiyyətinə malik, ən aktual məsələləri dərk edən və onlara münasibətdə prinsipial mövqe tutan bir şəxsiyyətdir. Azərbaycan qadınına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva öz həyat yolu və fəaliyyəti ilə bütün dünyada tanınır. Mehriban xanımın cəmiyyətimizin inkişafı naminə gördüyü işlər Azərbaycan vətəndaşlarının ictimai-siyasi fəallığını daha da artırır və onları cəmiyyətdə daha yüksək zirvələr fəth etməyə səsləyir. Məhz Mehriban xanım tərəfindən irəli sürülən Amnistiya Aktı  bir daha göstərir ki, O,  insan hüquq və azadlıqlarının müdafəsində yaxından iştirak edir. Son illər ərzində Azərbaycan parlamentarizmi tarixində ilk dəfə Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi, siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş növbəti amnistiya aktı isə onun fəaliyyətinin yüksək humanizm və insanpərvərliyə əsaslandığını bir daha təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00