ADP Qərbə və ABŞ-a çağırış etdi
13 May 2013 17:03 SiyasətAzərbaycan Demokrat Partiyası Türkiyədə çoxsaylı insanın ölümü və onlarla insanın ağır yaralanması ilə nəticələnən terror hadisəsini pisləyən bəyanat yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, bəyanat ADP-nin İdarə Heyətinin iclasında qəbul edilib. Partiya məlum terror aktından dərin sarsıntı keçirdiyini bildirib və bu qanlı hadisəni qətiyyətlə pisləyib. Azərbaycan Demokrat Partiyası həmçinin Qərbi, xüsusilə də Birləşmiş Ştatları Yaxın Şərqin təhlükəsizliyini pozan olaylara həssas yanaşmağa, terrora, qonşu ölkələrlə müharibələrə, antiinsani hərəkətlərə yol açan regional problemləri vaxtında və beynəlxalq hüquqa uyğun olaraq çözməyə çağırıb. Partiya dünyanın güc mərkəzlərindən bölgədə yaşanan gərginliklərə son qoymağı tələb edib.