Azərbaycan-Gürcüstan sərhəddində birgə tədbirlər keçiriləcək
13 May 2013 16:01 SiyasətGənclər və idman naziri Azad Rəhimov Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, nazir Azad Rəhimov ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlər barədə qonağa məlumat verib. A.Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası bu baxımdan daha faydalı ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00