Əli Həsənov: "ABŞ-ın Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı müəyyən şərtlər razılaşdırılıb"

ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlər zamanı müəyyən şərtlər razılaşdırılıb.Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisinin sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər:
"Bunun üçün onlar, ilk növbədə, Azərbaycan qanunlarının tələblərinə cavab verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00