TÜRKPA nümayəndə heyəti Türkiyəyə gedib
13 May 2013 14:37 SiyasətTÜRKPA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gedib. "OLAYLAR"-a daxil olan məlumata görə, mayın 15-dək davam edəcək səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Cemil Çiçək, TBMM üzvü, TÜRKPA-nın Hüquq məsələləri Daimi Komissiyasının sədri Haluk İpək və TBMM-nin Aparat rəhbəri İrfan Neziroğlu ilə görüşlər nəzərdə tutulub. Keçirilən görüşlərdə TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məsələlərini müzakirə ediləcək.
Qeyd edək ki, TÜRKPA-nın dördüncü plenar sessiyasının gələn ay keçirilməsi planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00