Məşvərət Məclisi vahid namizəd məsələsində razılığa gələ bilər
13 May 2013 14:35 SiyasətDemokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyalar qurum daxilindən prezidentliyə vahid namizədin müəyyən edilməsi məsələsində razılığa gələ bilərlər. Belə bir açıqlama ilə Azadlıq Partiyasının sədri Əhməd Oruc çıxış edib. "OLAYLAR"-a verdiyi açıqlamada partiya sədri deyib ki, seçkilərə az bir müddət qalmış Məşvərət Məclisinə daxil olan partiyalar sözügedən məsələni müzakirə edib ortaq məxrəcə gələ bilərlər: "Hələlik biz seçki mühitinin demokratikləşdirilməsi istiqamətində fəaliyyət göstəririk. Çalışırıq ki, prezident seçkilərinə qədər ölkədə demokratik seçki mühitinin yaradılmasına nail olaq. Bundan sonrakı mərhələdə isə Məşvərət Məclisinin vahid namizədinin müəyyən edilməsi məsələsinə baxıla bilər". Əhməd Oruc deyib ki, daha perspektivli və seçkidə qələbə qazanmaq şansı yüksək olan namizəd müəyyən edilərsə. o zaman həmin şəxsə güzəşt edə bilər.