Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər
13 May 2013 09:09 SiyasətAzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət etmişlər.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydular.Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılmışdır. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılmışdır.Dövlətimizin başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdirdilər.
-----------------
12.05.2013
22:33
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Vyanada Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə "OMV AG" şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıldı.
---------
16:30
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Avstriya Respublikasına rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.