Deputatlarımız Latviyaya səfər ediblər
10 May 2013 17:04 SiyasətMilli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli "İnkişaf üçün əməkdaşlıq: Baltik dövlətləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Latviyanın paytaxtı Riqa şəhərinə səfər ediblər. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Baltik Assambleyasının təşkil etdiyi tədbirdə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın imkanları və gələcək inkişaf perspektivləri, əlaqələrin möhkəmləndirilməsində Baltik dövlətlərinin rolu, habelə parlamentlərin, hökumət və qeyri-hökumət qurumlarının qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.
Millət vəkilləri konfransda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaqlar. Səfər mayın 12-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00