Belçikada Azərbaycanın təqdimatı olacaq
10 May 2013 16:36 Siyasət28 may-Respublika Günü ilə bağlı Belçikada Azərbaycan Respublikasının təqdimatı keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Belçika Azərbaycan Cəmiyyətinin sədri Rəşad Quliyev deyib ki, Azərbaycanın təqdimatı Belçikanın Halle şəhərində baş tutacaq: "Belçika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq təqdimatda Azərbaycanın tarixi keçmişi və bugünkü durumu ilə bağlə təqdimat nəzərdə tutulur. Həmçinin təqdimat mərasimində iştirak edəcək soydaşlarımız və qonaqlar üçün bayram süfrəsi də təşkil olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00