“İnsanlar müxalifətin aksiyalarına o qədər də maraq göstəmirlər”

"Müxalifətin keçirdiyi aksiyalara protest elektoratı cəlb etmək o qədər də mümkün olmur". AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu müxalifətin aksiyalara hazırlaşması məsələsinə münasibət bildirərkən belə deyib. Əli Oruclu qeyd etdi ki, müxalifət uzun illərdir ki, keçirmək istədiyi aksiyalara daha çox insan cəlb etmək istəyir, lakin ortada olan müəyyən problemlərdən dolayı buna nail ola bilmir: "Bu barədə mətbuatda dəfələrlə deyilib və etiraf olunub. Çünki, Azərbaycanda insanlar o qədər də siyasiləşməyiblər və siyasi proseslərdə o qədər də iştirak etmək həvəsində deyillər. İsmayıllı, Qubada müəyyən problemlərə və Bakıda əsgər ölümlərinə qarşı keçirilən aksiyalar daha effektli alındı, nəinki müxalifətin bu dövrə kimi keçirdiyi mitinqlər. Çünki, insanlara bu cür mitinqlərə getməkdənsə, özlərinin sosial və məişət problemlərini həll etmək daha maraqlıdır. Müxalifət sosial bazanı öz tərəfinə çəkmək üçün bundan belə daha çox işləməli olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00