Milli Şura İctimai Palatanı sıradan çıxarmaq üçün yaradılıb
Elxan Şahinoğlu: “Qurum daxilində istefalar davam edir və tədbirlərin də sayı getdikcə azalır”
10 May 2013 15:08 SiyasətMayın 8-də İctimai Palatanın Koordinasiya Şurasının iclasında müxaliflər Milli Şuranın yaradılmasına qədər İP-in buraxılmaması təklifini qəbul ediblər. "İctimai Palatadan çoxdandır ki, məlumat yox idi, qurum üzvləri ara-sıra bir yerə yığılaraq müəyyən məsələləri müzakirə edirlər. Lakin İP artıq öz fəaliyyətilə ictimaiyyətdə rezonans yarada bilmir". Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu belə deyib. Politoloq qeyd etdi ki, qurum daxilində istefalar davam edir, İP əvvəlki kimi monopolist qərarlar qəbul edə bilmir və tədbirlərinin də sayı getdikcə azalır: "Belə olan təqdirdə Milli Şura ideyası ön plana çıxır. Milli Şura isə hələlik istənilən effekti vermir. Bu sual cəmiyyətə qaranlıq qaldı ki, İctimai Palata var ikən Milli Şuraya nə ehtiyac vardı?! Çünki, Milli Şuranı yaratmaq istəyənlər İctimai Palatanı arxa plana keçirmək niyyəti güdürdülər. Bu fonda isə İP-də tamamilə əsər-əlamət belə qalmayıb". ("OLAYLAR" İA)