Pakistanda Heydər Əliyev günü
10 May 2013 14:10 SiyasətAzərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanda keçirilən silsilə tədbirlərin davamı olaraq 08.05.2013-ci il tarixində Pakistanın Ali Təhsil Komissiyasında - "Kayde Azam Universiteti", "Qucrat Universiteti", "Dövlət Kollec Universiteti", "Şah Əbdül Lətif Universiteti", "Bəlucuistan Universiteti", "Menecment elmləriUniversiteti", "Bahauddin Zakriya Universiteti", "İslamiyyə Universiteti", "COMSATS İnformasiya və Texnologiya Universiteti", "Kohat Elm və Texnologiya Universiteti", "Əbdül Vəli Universiteti" və "Haripur Universiteti" də daxil olmaqla özündə 12 universiteti birləşdirən "Sosial və Humanitar Elmlərin İnkişafı Universitetlərarası Konsorsiumu" (IUCPSS) ilə Azərbaycan Səfirliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir.