Şəhid olan əsgərlərin valideynləri azadlığa çıxdı – SİYAHI
6 Dekabr 2020 14:00 Siyasət44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların məhkum olunan valideynləri azadlığa buraxılıb.
Məlumata görə, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov, şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və şəhid Kamran Seyfullayevin atası Cəlal Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.
Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31