Qloballaşmanın iflası: Yeni ittifaqa və diasporla işə çağırış
3 Dekabr 2020 13:11 SiyasətYəhya Babanlı, Tarix üzrə fəlsəfə doktoru - Diaspor məsələləri üzrə ekspert
Qloballaşmanın iflası: Yeni ittifaqa və diasporla işə çağırış
(Fərhad Əhmədovun son məqaləsi kontekstində)
Rusiyanın azərbyacanlı eks-senatoru, məşhur biznesmen və xeyriyyəçi Fərhad Əhmədovun "Rusiya-Türkiyə İttifaqı dövləti?" adlı konseptual məqaləsi SMART yanaşması ilə maraq doğurmaya bilməz.
İstər yerli, istər regional, istərsə də beynəlxalq aspeklərin analizi maraqlı, həssas və strateji məqamlara nöqtələr qoyur və bir sıra suallar doğurur.
Sanballı məqalədə yeni növ koronavirus pandemiyası (COVİD-19) dövründə baş verən anlaşılmazlıqlar və gedən bəzi proseslərin analitik təhlili təkcə bir şəxsin təfəkkürünün məhsulu kimi deyil, bütövlükdə "araşdırma və təhlil - beyin mərkəzi" nin emal etdiyi unikal fikir və yol göstəricisi hesab edilə bilər.
F.Əhmədov hərəkət fəaliyyəti ilə xarici ölkələrdə yaşayan soydaşlarımız içərisində sayılıb-seçilən şəxslərdən biridir.
Milliyönlülüyü və mesenatlığı ilə nümunədir ki, bunun haqlı savaşımızda - Vətən müharibəsində də şahidi olduq.
Görünən odur ki, Ana Vətəninə bağlılığına, sanballı əməllərinə görə öndə olan, fəxr edə biləcəyimiz bir insandır.
Məhz yazıda tarixi reallıq və mövcud potensiallıq əsasında şərh və tövsiyələrin irəli sürməsi də yeni dünya quruluşunda Ata Yurdu - Azərbaycanı qoruması hiss və həyacanı açıq-aşkar görünür.
XX əsrin sonu - XIX əsrin əvvəllərindən bu ilə qədər qloballaşmanın geniş vüsət aldığının şahidi olsaqda effektiv nəticələnmədi.
COVID-19 qloballaşmanın əsl mahiyyətini açdı, imitasiya xarakterini göstərdi və bu tendensiyanın sadəcə-sadəcə "şəxsi mən"dən başqa bir şey olmadığı üzə çıxdı.
Milli dövlətçiliyin əhəmiyyəti, güclü olmasının şərti meydana gəldi.
Məhz Qarabağ münaqişəsində biz gördük ki, bu məsələnin qlobal həlli mümkün olmadı. Regional problem kimi isə cəmi "44 günə" yerli və beynəlxalq səviyyədə müəyyən qərara gəlindi və nəticə mümkün oldu.
Təbii ki, dünyanın təmərküzləşdirilməsi, konsern halında idarə edilməsi arzuolunmazdır. Birqütblülük və inhisarçılıq ədalət və sülhə təhdid yaradır, məqsədli davranışların məzmunu və forması monoton olur. Bu da əksər dövlətləri əsarətdə və təhdiddə saxlayır.
Bu xüsusda, yeni tipli ittifaqların yaranmasını şərtləndirir. Ələlxüsus, post pandemiya dövründə "başı əhləd daşına dəyən" cəmiyyət və dövlətlər müasir çağırışlar fonunda dəyişməyə və yeniləşməyə məcbur və məhkumdurlar.
Əks halda məqsədli qüvvələrin "yeminə", ən yaxşı halda alətinə çevriləcəklər.
Senator Əhmədov tərəfindən yeni vəd edilən "xilaskar Birliyin" tezliklə biz Rusiya və Türkiyənin Qarabağ üzrə yaradılacaq sülhməramlı (Monitorinq) mərkəzinin detalları bu "izdivacın" ilk mərasimi kimi gələcək münasibətlərin inkişafına vəsilə ola bilər.
Hər iki dövlətin oynadığı tarixi rolun ssenarisi bəllidir:
Yəni, maraqların toqquşduğu və birləşdiyi məqamlar dəf edilə bilməz.
Necə ki, Rusiya Cənubi Qafqazda öz maraqlarını qoruyub-saxlamaq istəyir, eləcədə Türkiyə Yaxın Şərqdə mənafeyinə uyğun üsul-idarə formalaşdırmaq niyyətindədir.
Müəlliflə razıyam ki, qarşı və qoşa taleyi olab bu iki regional güclərin bir araya gəlməsi planetar təzələnməyə ən yaxşı töhfə ola bilər. Çünki etnik, dini və mədəni fərqliliklərdən doğan xüsusiyyətlərin sivil şəraitdə inteqrasiyası bölgədə, bütövlükdə yer kürəsində ədalət və sülhə səbəb sala bilər. Sivilizasiyalararası anlaşmaya və dinlərarası dialoqa hədiyyə vermiş olar.
Beləki, dünyanın yeni dövr siyasi xəritəsinin çizilməsinin fövqündə ingilis marağı əvəzlənməyib, prioritetdir və Avroatlantik məkanın "refreş" edilməsi mümkündür. Çoxvektorlu gedişat bəlli, cərəyan edən edən hadisələr birmənalı olsa da, birqütblü deyil.
- Bu kontekstdə, Rusiyada nüfuzlu azərbaycanlı sayılan Əhmədov Azərbaycan diasporunun "Qordi düyünü" və "Axilles dabanı" hesab olunan və milli maraqlar baxımından həyati vacib dərəcə daşıyan diasporumuzu - bu ölkədəki həmvətənlərimizi "vahid platforma"da cəmləşdirmək və bu istiqamətdə çıxış yolu göstərmək üçün konkret addım atmağı ümumi işin xeyrinə aparıb çıxardar.
(Zatən, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov "Dostluq" ordeni ilə təltif edilib.)
- Bu xüsusda, Azərbaycan və Türk icmasının birgə fəaliyyət strategiyasını Rusiyada, habelə Avrasiya məkanında gerçəkləşdirərsə və bu kontinental məsələni yerinə yetirə bilsə, çox mühüm missiyanın liderinə çevrilər.
Bu statik yükü öz üzərinə götürsə, böyük iş görmüş olar və iki tərəfli əməkdaşlığa, xalqlar və dövlətlər arası münasibətlərin inkişafına xidmət etmiş olar.
Artıq Azərbaycan ilə Rusiya əlaqələri yeni dövrə qədəm qoyur, mədəniyyətlər üzrə "yeni nəsil körpülər"in inşası labüddür. Hər iki ölkənin məşhur simalarından ibarət klubların, dərnəklərin, oyunların və yarışların təşkil edilməsi və keçirilməsi gərəklidir.
Sonda mütərəqqi ruhlu Fərhad Əhmədovun qeydlərinin yeni baxış bucağından boylanmağın kifayət qədər fərqli mənzərəni seyr edə biləcəyimiz qənaətindəyəm:
"...Əgər indi həlledici addım atılmasa, nəinki bizim ölkələrimiz, eləcə də bütün region hazırda insanlığın üzləşdiyi tektonik sürüşmələr erasına qədəm basmaq riski ilə üzləşəcək, dünya proseslərinin, yeni sivilizasiyanın kəndarında qalacaq".
"...Hamıdan güclü olduğumuz barədə görüntü yaratmağa son qoymağın vaxtıdır! Hamıdan güclü olmağın vaxtıdır!".