İxtisasartırma kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib
20:03 Sosial21 aprel 2026-cı il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ixtisasartırma kursunu başa vuran mediatorların yekun imtahanı keçirilib.
Olaylar xəbər verir ki, İmtahanda "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb.
İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvü Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov mediatorlara mediasiyada kommunikasiya və növləri, etika filteri və emosional idarəetmə ilə bağlı suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.
Qeyd edək ki, 29 nəfər namizəd imtahandan uğurla keçmişdir.